Yuxarı

Sənədləri onlayn imzalamaq mümkün oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektron sənədlərin onlayn imzalanması üçün "E-imzalayıcı" proqram məhsulu hazırlanıb.

"Axar.az"ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud "E-imzalayıcı" proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, bu digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edir.

Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud "E-imzalayıcı" proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlamışlar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür.

Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, "E-hökumət" portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

Proqram əlavəsindən istifadə etməklə, müxtəlif korporativ proqram və informasiya sistemlərində sənədlərin online, mühiti tərk etmədən imzalanma prosesi aparmaq mümkün olacaq. Bu isə son nəticədə e-imza həllərindən daha geniş spektrdə istifadəsinə yol açmış olacaq. Online imzalama həmçinin e-imza həllərinin kommersiyalaşmasına, bazarda müxtəlif proqram məhsullarının hazırlanaraq təklif olunmasını sürətləndirəcək.

Tarix
2014.05.07 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla