Yuxarı

II və III qrup abituriyentləri bazar günü imtahan verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 11-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

"Axar.az" TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Abituriyentlər imtahana özləri ilə 2 sənəd-şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

Tarix
2014.05.08 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

60-dan çox vətəndaşımız sərhədi keçdi - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla