Yuxarı

Şuşanın işğal günü toya getməyə kimlər razılaşdı - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşanın işğal günü toya getməyə kimlər razılaşdı - Adlar

Rəsmi matəm günlərində və torpaqlarımızın işğal günündə müğənnilərimizin müxtəlif bayram və toy şənliklərində iştirak etməsi məsələsi dəfələrlə gündəmə gəlib.

Bu cür vəziyyətlərdə hər dəfə tənqid edilən incəsənət adamları görəsən bundan nəticə çıxarıbmı?

"Axar.az"ın əməkdaşı bununla bağlı layihə təklif etdi və:

Azərbaycanın tacı Şuşanın işğal günü - 8 may tarixində müğənnilərimizi "axşam saatları üçün xeyir işə" – guya toyda bir neçə mahnı oxumağa dəvət etdik.

Əməkdar artist, Aybəniz Haşımova

"Gələrdim, ancaq görürsünüz ki, səsim batıb. Güclə danışıram, belə halda necə mahnı oxuyum?"

Manaf Ağayev:

"Niyə oxumuram? Mənim işim elə gəlib oxumaqdır da! Hansı restoranda olacaq? 1000 manat verərsiniz, gəlib oxuyaram".

Cavanşir Məmmədov:

"Bu gün Şuşanın işğal günüdür. Bu tarixdə heç yerə getmirəm və sizə də məsləhət görürəm ki, bu gün toy etməyəsiz".

Ağadadaş Ağayevin köməkçisi

Telefon zəngimizə müğənninin özü deyil, köməkçisi cavab verdi və bildirdi ki, 3 min manat qarşılığında Ağadadaş Ağayev məclisimizdə yarım saatlıq iştirak edə bilər:

"Yarım saat üçün 3 min manat versəniz, mümkündür, özünə deyib, vaxt ala bilərəm".

Vasif Məhərrəmli

"2.500 manat verərsiz, gəlib oxuyaram".

Zəruri qeyd: Vasif Məhərrəmli jurnalist olduğumuzu biləndən sonra təkrar bizi aradı və...

Onun nə dediyi və səs yazısını bir azdan təqdim edəcəyik.

Tarix
2014.05.08 / 14:34
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla