Yuxarı

Prokuror Fikrətə 8 il cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokuror Fikrətə 8 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

Report-un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında F.Fərəməzoğlunun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növcbəti iclası iyunun 9-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb". Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.

Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.

Tarix
2017.06.02 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla