Yuxarı

Azərbaycan kanalına hücum: rəhbərlik bəyanat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan Televiziyası tərəfindən yaradılan “GunAzTV1” Teleqram kanalı hakerlərin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, hakerlər “GunAzTV1” kanalını sıradan çıxararaq, eyni adla GünAz TV-nin əleyhinə paralel kanal yaradıblar.

Kanal rəhbərliyi məsələ ilə bağlı məlumat yayaraq, ictimaiyyəti məlumatlandırıb:

- Hakerlər əsas kanalda olan üzvlərdən təxminən 100-nü yaratdıqları paralel kanala köçürüblər. Onlar GünAz TV Teleqram kanalına üzv olmaq istəyənlər arasında qarışıqlıq və çətinlik yaratmağa çalışırlar.

- GünAz TV kollektivi elan edir ki, “GünAzTV1” kanalının bizimlə heç bir əlaqəsi yoxdur və yaranan problemdən dolayı “GunAzTV 2004” adında kanal yaratmalı olduq. Bu dəyişiklik sadəcə kanalın adına aiddir, onun məzmunu və fəaliyyətinə heç bir təsiri olmayacaq.

- “GunAzTV 2004” kanalının hazırda 4900-dən çox üzvü var. GünAz TV əleyhinə çalışan paralel kanalın üzvlərinin sayı hələ 100-ə çatmayıb.

- Sizdən bu barədə hər kəsə məlumat verməyinizi və əgər hələ də “GunAzTV1” kanalında üzvsünüzsə, oradan çıxaraq “GunAzTV 2004” kanalına qoşulmağınızı xahiş edirik.

Tarix
2017.06.28 / 13:37
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla