Yuxarı

“Ruslar sağalmaq üçün Bakıya gəlirlər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm bir çox ölkələrdə iqtisadiyyatın əsasını təşkil edir. Bu, elə bir sahəsidir ki, ticarətin bütün sahələrinə gəlir gətirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Müşavirin sözlərinə görə, Türkiyə, Fransa, Rusiya kimi ölkələrdə büdcə gəlirlərinin çox hissəsi turizmdən təşkil olunur:

“Əlbəttə ki, turizm çox gəlirli sahədir və onu inkişaf etdirmək bizim üçün vacibdir. Mədəniyyət və Turizm Nazirliyinin büdcəsində də bu məsələyə xüsusi diqqət yetirilir. Təbii ki, burada turizmin payına düşən xərclər və gəlirlər öz əksini tapır”.

M.Ağakərimov vurğulayıb ki, bir çox sahələrin inkişafı turizmlə əlaqəlidir:

“İlk növbədə nəqliyyat sahəsi, qida sənayesi, kənd təsərrüfatı, xalq sənətkarlığı nümunələrinin, milli mətbəximizin və digər sahələrin inkişafı turizmlə əlaqəlidir. Nəqliyyat sahəsi turizmin inkişafının sütunlarından biridir. “Yaşıl kənd” turzm qida sənayesi və aqrar sahənin, kənd təsərrüfatının inkişafına təkan verir. Bundan başqa turizm suvenirlərin satışında da mühüm rol oynaya bilər. Xalq sənətkarlığı nümunələrinin - xalçaçılığın, misgərliyin, müxtəlif milli suvenirlərin, milli mədəniyyət nümunələrimizin beynəlxalq aləmə tanıdılmasında turizmin rolu danılmazdır. Turistlərin əksəriyyətinə Azərbaycanı sevdirən əsas cəhətlərdən biri də bizim zəngin milli mətbəximizdir”.

Turizm potensialımızın geniş olduğunu deyən M.Ağakərimovun sözlərinə görə, hazırda Azərbaycana bir çox ölkələrdən turistlər gəlir:

“Təbii ki, bu, keçirilən beynəlxalq tədbirlərin müsbət nəticəsidir. Son illərdə daha çox Türkiyədən, İrandan, Ərəbistandan, Rusiyadan, Belarusdan, Ukraynadan və başqa ölkələrdən gələn turistlərin sayında ciddi artım hiss olunmaqdadır. Azərbaycana gələn əcnəbi turistlərin maraq dairəsi ölkələr üzrə fərqlidir. Məsələn, Qazaxıstandan, Rusiyadan gələn turistlərin əksəriyyəti sağlamlıq, İrandan gələn turistlər daha çox mətbəx və suvenirlər, Yaponiyadan gələn turistlər daha çox Azərbaycanın tarixi, onun qədim abidələri ilə maraqlanırlar. Avropadan gələnlər həmçinin, Azərbaycanın məscidlərinə də xüsusi diqqət yetirirlər”.

Tarix
2017.07.03 / 10:01
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla