Yuxarı

“Azəriqaz” SOCAR-dan ayrılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” SOCAR-dan ayrılır?

Loqo şirkət haqqında kiçik bir informasiyadır. Şirkət adətən hansı qurumun tərkibindədirsə, o, loqosunda da öz əksini tapır. “Azəriqaz”ın yeni loqosunda SOCAR-ın qeyd edilməməsi yaxın günlərdə qurumun müstəqil olacağı ehtimalını yaradır.

Bu sözləri Axar.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, “Azəriqaz”ın SOCAR-ın tərkibindən çıxması mümkündür:

“İstehsalçı SOCAR ilə paylayıcı “Azəriqaz”ın eyni qurumda yox, ayrı-ayrı fəaliyyət göstərməsi, məncə, daha doğru qərar olardı”.

Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə Axar.az-a bildirib ki, “Azəriqaz”ın loqosunun dəyişməsi heç bir struktur dəyişikliyinə səbəb olmayacaq:

“Loqodakı dəyişikliyin struktur dəyişikliyi ilə əlaqəsi yoxdur, belə bir şey gözlənilmir. Azəriqaz İstehsalat Birliyinin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranmışdı. “Azəriqaz”ın kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edək ki, vahid korporativ üslub Azəriqaz İB-nin hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq”.

Tarix
2017.07.11 / 18:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla