Yuxarı

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC-nin Mobil Diş Klinikası 2017-ci ilin yanvar-iyun ayları ərzində həyata keçirdiyi müayinələr haqqında hesabatı açıqlayıb. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər. Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər.

Ümumilikdə yanvar-iyun ayları ərzində 323 nəfər müayinədən keçib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib.

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azərsell Telekom MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi 6 il ərzində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.

Tarix
2017.07.26 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla