Yuxarı

Təhsil nazirindən dərs ili ilə bağlı – Əmr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil nazirindən dərs ili ilə bağlı – Əmr

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Axar.az-a verilən xəbərə görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycanın tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib. 2017-2018-ci dərs ilinə aid aşağıdakı tədris planlarına ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr), ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr), ümumtəhsil məktəblərinin XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr), azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr) və “Tədris planlarına dair qeydlər” (11 nömrəli əlavə) daxildir.

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Maliyyə şöbəsinə (R.Orucov) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etmək tapşırılıb.

Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun, Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Tarix
2017.07.28 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla