Yuxarı

Dahi fizikin arvadına yazdığı gizli məktub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riçard Feynmanın arvadına yazdığı, lakin heç vaxt oxumadığı məktub...

Dahi fizik Riçard Feynmanın həyat yoldaşı Arlin Feynman 25 yaşında 1945-ci ilin iyununda vərəmdən vəfat edir.

Riçard Arlinə 13 yaşından aşiq idi. 19 yaşında onlar nişanlanır. Həmin vaxt Arlin artıq ağır xəstə idi. Riçardın çox böyük qayğı ilə yanaşdığı yoldaşı onun qollarında vəfat edir. Bu hadisədən sonra Riçard çox böyük sarsıntı keçirir.

1946-cı ilin oktyabrında həyat yoldaşının ölümündən 16 ay sonra Feynmanınona yazdığı məktub 43 il sonra,onun ölümündən sonra açılır. Zərf saralmış və sürtülmüş idi, sanki uzun müddət cibdə gəzdirilmişdi.

"Əziz Arlin,

Gözəlim, mən sənin dəli divanənəm...

Bilirəm, bu sözləri eşitmək səni necə xoşbəxt edir, lakin yazmağımın yeganə səbəbi bu deyil. Yazmağımın əsas səbəbi odur ki, bu mənim içimi isidir.

Çoxdandı sənə yazmırdım, demək olar ki, iki ildi. Amma bilirəm, məni, bu tərs praqmatiki bağışlayacaqsan. Düşünürdüm ki, sənə yazmağın bir mənası yoxdur. Əziz yoldaşım, indi bilirəm ki, keçmişdəki kimi yenə sənə yazmalıyam. Demək istəyirəm ki, səni sevirəm. Səni sevmək istəyirəm və həmişə səni sevəcəm.

Sən öləndən sonra səni sevməyin nə olduğunu bilmək çətin deyil, ancaq mən səni yenə də qorumaq, qayğına qalmaq istəyirəm. Sənin də məni sevib qayğıma qalmağını istəyirəm.Səninlə problemlərimi müzakirə etmək nə qədər xoş idi... Bu vaxta kimi heç ağlıma da gəlmirdi, ancaq biz səninlə çox şeylər edə bilərdik, paltar tikə, çin dili öyrənə, kinoproyektor ala bilərdik. Bəs indi mən bunu edə bilərəmmi? Yox... Sənsiz çox yalnızam. Sən mənim bütün ideyalarımın və macəralarımın ilham pərisi idin.

Sən xəstə olanda narahat olurdun ki, mənə ehtiyacım olanı verə bilmirsən. Ancaq narahat olmağa ehtiyac yox idi. Mən sənə hər zaman deyirdim ki, sənin varlığın mənə yetər. Və mən bunu indi daha yaxşı başa düşürəm. Sən artıq mənə heç nə verə bilməsən də, mən səni heç vaxt başqasını sevə bilməyəcək qədər çox sevirəm. Və mən bunun elə belə olmasını istəyirəm. Çünki sən ölü olsan da, bütün sağlardan qat-qat yaxşısan. Bilirəm sən deyəcəksən ki, mən axmağam və mənim xoşbəxt olmağımı istəyirsən. Sən yəqin təəccüblənəcəksən, lakin bu iki il ərzində mənim heç rəfiqəm olmayıb (səndən başqa)... Və sən bununla heç nə edə bilmərsən. Elə məndə... Anlamıram. Qarşıma çox qız çıxıb, onların arasında çox gözəlləri də olub, lakin 2-3 görüşdən sonra onların mənim üçün sadəcə boş yer olduğunu və tək qalmaq istədiyimi anladım. Mənim üçün ancaq sən varsan. Həqiqi sən.

Mənim əziz yoldaşım, sənin dəlinəm.

Mən yoldaşımı sevirəm. Mənim yoldaşım ölüb.

Riç

P.S. Xahiş edirəm məktubu sənə göndərmədiyim üçün məni bağışlayasan. Sənin yeni adresini bilmirəm".

Ceyms Qleykin "Dahi: Riçard Feynmanın həyatı və elmi" kitabından

Tarix
2013.11.21 / 06:13
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla