Yuxarı

I sinfə qeydiyyata gecikən valideynlər nə etməlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərin açılmasına az vaxt qalmasına baxmayaraq, uşaqları 1-ci sinfə gedəcək valideynlərin bəzisi hələ də məktəblərdə qeydiyyatdan keçməyiblər. Uşaqların 1-ci sinfə qəbulu qeydiyyat əsasında aparıldığı üçün qeydiyyata gecikən valideynlər narahatlıqlarını bildiriblər. Hətta sosial şəbəkələrdə bəzi valideynlər qeydiyyatdan keçmədiklərinə görə uşaqlarının məktəbə qəbul olmayacaqlarından təşviş keçirdiklərini də bildirirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov bildirib ki, uşaqlarını qeydiyyatdan keçirməyi unudan valideynlərin narahatlığına əsas yoxdur:

“Bu proses sentyabr ayının 15-dək davam edir. Təhsil İdarəsində 45-46 mindən artıq sənəd qəbul ediləcəyi proqnozlaşdırılıb. Artıq təxminən 95%-dən artıq sənədlərin qəbulu başa çatıb. Yerdə qalan valideynlər isə sentyabr ayının 15-dək uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Sənəd qəbulu çox sadə şəkildə aparılır. Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytından fəaliyyət bölməsinə daxil olmaqla mektebeqebul.edu.az saytında qeydiyyatdan keçə bilərlər. mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həmin valideynlərin imeyl ünvanlarına, yaxud telefonlarına 3 gün ərzində mesaj gəlir. Bundan sonra lazım olan sənədlərlə (valideynin şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, şəkil və s.) birlikdə valideyn məktəbə yaxınlaşır və uşaq məktəbə qəbul olur”.

B.Məmmədov qeyd edib ki, dövlətin və bütün təhsil sisteminin əsas məqsədi heç bir uşağın təhsildən kənarda qalmamasıdır:

“Bizim yanaşmamız budur və bu prosesin həyata keçirilməsi uğurla aparılır. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər üçün də Bakı şəhərinin inzibati rayonlarında, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzləri yaradılıb. Həmin valideynlər bu mərkəzlərə müraciət etməklə uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Bundan əlavə, elə valideynlər ola bilər ki, onların ümumiyyətlə bu prosesdən xəbəri olmasın. Bu zaman bəzi istisnalarla sentyabrın 15-indən sonra müraciət edən valideynlərin də uşaqlarını məktəbə qəbul edirik. Ancaq təbii ki, bu, bütün hallarda keçərli deyil və valideynlər qətiyyən arxayınlaşmamalıdır. Bu, istisnadır və bu müddətdə ölkədən kənarda olduğunu təsdiqləyən sənədi və ya digər üzrlü səbəbi olanlara aiddir”.

Tarix
2017.08.29 / 14:27
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla