Yuxarı

Abbas Abbasov narkobaronla bir arada – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbas Abbasov narkobaronla bir arada – Foto

Abbas Abbasov Özbəkistanın ən varlı adamlarından sayılan narkobaron Salimbay Abduvəliyevlə dostluq edir, vaxtaşırı olaraq Moskvada görüşür və ictimai-siyasi məsələlər barədə müzakirələr aparırlar.

"Axar.az"ı məlumatlandıran qaynağın sözlərinə görə, onların hər hansı biznes şərikliyi barədə səhih bilgi olmasa da, istisna deyil ki, onillərdir dostluq edən bu iki tanınmış simanı biznes maraqları birləşdirsin.

Narkobaron Salim kimdir?

Özbəkistanın kriminal avtoriteti, respublikanın ən varlı adamlarından olan narkobaron Salim Abduvəliyevin Londona qaçdığı haqqında Özbəkistanın "Uzmetronom" agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, o, MTS-Özbəkistan şirkətinin işiylə bağlı istintaqa çağrılıb və həbs təhlükəsi ilə Daşkəndi tərk edib.

63 yaşlı Salimbay ləqəbli Abduvəliyev Özbəkistanın ən qaranlıq şəxslərindən sayılır. Kolxozçu ailəsində anadan olan Salim 90-cı illərdə Əfqanıstandan keçən narkoticarəti tam əlinə alıb. Bu məqam onun həddindən artıq varlanmasına gətirib çıxarıb. Salim Abduvəliyevin nüfuzu o qədər böyük imiş ki, Daşkəndin mərkəzi küçələrinin birini öz atasının adına adlandıra bilmişdi - Kirqizbay-ota küçəsi. Ölkənin güləş federasiyasına da başçılıq edən Salim Abduvaliyevin dostları arasında xeyli tanınmışlar da vardı. Bu sıraya dünya və olimpia çempionları Mamiaşvili, Karelin kimi məşhur idmançılarla yanaşı, İosif Kobzon, habelə "Tayvançik" ləqəbli Alimjan Toxtaxunov, iş adamları Lev və Mixail Çyornılar, Renat Akçurin və digərləri daxildir.

Abduvəliyevin ən yaxın dostlarından biri isə baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov sayılırdı. Onların dostluğunu təkcə hər ikisinin öz ölkələrində Güləş Federasiyasının rəhbəri olmaları birləşdirmirdi. Bəzi məlumatlara görə, bu dostluq hələ Abbas müəllimin Özbəkistanda çalışdığı dövrlərə gedib çıxır. Məlumata görə, dostlar tez-tez Moskvada və Daşkənddə də görüşürmüşlər, amma Abduvəliyev 90-larda bircə dəfə də olsa, Bakıya gəlməyib. Onun Heydər Əliyevdən ehtiyat etdiyi bildirilir.

Tarix
2013.11.21 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

Bayramov ilk dəfə bu tədbirdə iştirak etdi

İlham Əliyev Mirziyayevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla