Yuxarı

Səlim Müslümov veteranların “qan pulu”nu bərpa etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov veteranların “qan pulu”nu bərpa etdirir

""Veteran pulu" ilə əlaqədar məsələ nazirə təqdim olunub və onun göstərişinə əsasən ƏƏSMN tərəfindən təkliflər paketi hazırlanaraq Milli Məclisə təqdim edilib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.

O bununla əlaqədar məlumatı ona Səlim Müslümovun köməkçisi İqbal Hacıyevin verdiyini bildirib.

"Bildiyiniz kimi, ötən həftə biz bir qrup Qarabağ savaşının iştrakçısı sizin çoxdan gözlədiyiniz bir sıra məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəsmi qəbulda olduq. Sizin adınızdan nazir Səlim Müslümova ünvanladığımız məktubu ona təqdim etmişdik. İyunun 18-də nazir köməkçisi İqbal Hacıyev cənabları mənimlə əlaqə saxlayaraq, nazirin xahişini Qarabağ savaşının iştrakçılarına çatdırmağı xahiş etdi. Qısaca xatırladım ki, bizim "qan pulu" adlandırdığımız və verilməsi 2012-ci ilin mayın-1-dən dayandırılan "veteran pulu" ilə bağlı məsələnin həllinin yubadılması hər birimizi ciddi narahat edir. Bizim müraciətimiz şəxsən nazirin diqqətinə çatdırılıb və onun göstərişinə əsasən ƏƏSMN tərəfindən təkliflər paketi hazırlanaraq Milli Məclisə təqdim edilib. Nazir köməkçisinin deməsinə görə, MM-in payız sessiyasında bu məsələ müzakirəyə çıxarılacaq və onun müsbət həll olunması gözlənilir".

Tarix
2014.06.19 / 10:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla