Yuxarı

Bakı məktəbləri arasında müsabiqə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək.

BŞTİ-dən Axar.az-a verilən məlumata görə, idarənin müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən keçirilən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin məqsədi məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasıdır.

Qalib məktəb internet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq ümumi təhsil müəssisələrinin saytlarının məz­mun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fə­a­liyyə­tinin geniş ictimaiyyətə operativ çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu kimi meyarlara əsasən müəyyən olunacaq. Həmçinin, saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılması və mütəmadi yenilənməsi əsas meyarlardandır.

Qeyd edək ki, qaliblər paytaxtın hər rayonu üzrə 1 məktəb olmaqla münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər tədris ili ərzində 2 dəfə (yanvar və iyun ayları) seçilərək elan ediləcək. Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Tarix
2017.10.12 / 16:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla