Yuxarı

Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsində 2017-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən Axar.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, respublikada prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2017-ci ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib.

Müşavirə iştirakçılarına 2017-ci ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib. Məruzədə qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 2,0% azalaraq 10.858 (-218) iş olub. İstintaqı tamamlanmış 3.422 (-177) cinayət işindən 74,6%-i (-81, 2.553-ü) baxılması üçün məhkəmələrə göndərilib, 25,4%-nin (-96, 869) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82,0%-i (+13,4%) ödətdirilib.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 680 (882) müvafiq müraciətdən 495-nin (517) icrası təmin olunub.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən IV İslam Həmrəyli Oyunları və «2017 Formula-1 üzrə Avropa Qran Pri» yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edərək mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Tarix
2017.10.19 / 17:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla