Yuxarı

"Nar"dan yenilənmiş "Günlük" paketləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif sərfəli təkliflər irəli sürür.

Şirkətdən Axar.az-a verilən məlumata görə, fərqli “Günlük” paketləri məhz belə təkliflərdəndir.

Məsələn, “Günlük 59 qəpik” paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir. Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.

Mobil operatorun təklif etdiyi digər günlük paket “Günlük 40 qəpik” paketidir. Paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 40 qəpik ödəməklə 200 MB internet trafiki əldə etmək fürsəti verir. Paketə qoşulmaq istəyənlər *777#24#YES şifrəsini yığa bilərlər.

“Günlük 10 qəpik” paketi isə kiçik məbləğ qarşılığında abunəçilər üçün hər gün onlayn olmaq fürsəti yaradır. Bu paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək imkanı verir. Bunun üçün *777#12#YES şifrəsini yığmaq lazımdır.

“Nar” mobil internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azərfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2017.10.20 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla