Yuxarı

Bakıda şok hadisə: maşının üzərində erməni bayrağı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində Bakı küçələrində hərəkət edən “Mersedes” markalı 10 UU 550 dövlət nömrə nişanlı avtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib.

Bunu Report-a Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, həmin avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib: “Araşdırma nəticəsində məlum oldu ki, “Mersedes” markalı 10 UU 550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. İndi həmin nişanlı avtomobil Azərbaycana necə gəlib, məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını dedi”.

V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma aparır.

Tarix
2017.10.21 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla