Yuxarı

Azərbaycanlı baş redaktor saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Ərdəbil şəhərində “Saray” dərgisinin baş redaktoru xanım Mojqan Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, oktyabrın 22-də təhlükəsizlik qüvvələri Siyaminin şəxsi evinə daxil olaraq onu yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparıblar. Baş redaktorun evində axtarış aparıldığı bildirilir.

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, M.Siyami azərbaycanlı milli-mədəni fəallardan biridir. O, “Saray” dərgisinin baş redaktoru və qadın haqları müdafiəçisidir.

Fəal İranda 12-ci prezident seçkilərində öz namizədliyini irəli sürüb, lakin onun namizədliyi rədd edilib. O, seçkilərdə “Din siyasətdən ayrı olmalı” və “Ana dilində təhsil olmalı” şüarları ilə çıxış edib. Həbsinin ana dili ilə bağlı fikirlərinə görə olduğu istisna edilmir.

Tarix
2017.10.23 / 12:06
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla