Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1941-cı il təvəllüdlü Salmanov Qurban Ramaloviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Q.Salmanovun öldüyü müəyyən edilib. Əməliyyat saat 23:45-də başa çatıb.

Quba rayonu, Çiçi kəndində (rayon mərkəzindən 44 km aralı) vətəndaşlara məxsus 3,8 ha biçilməmiş taxıl sahələri və ərazidə olan 2 ədəd elektrik dirəyi yanıb. Taxıl sahələri kənd əhalisi tərəfindən, elektrik dirəkləri isə yanğınsöndürənlər tərəfindən söndürülüb. Ərazidə olan digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 130 kv.m olan köməkçi tikilinin içərisində 30 kv.m kağız məmulatları və tikilinin ətrafında 40 kv.m sahədə quru ot yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

Sabirabad rayonu, Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxta və çadır konstruksiyadan ibarət olan tikilinin yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Beyləqan rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 5 tonu və ona bitişik olan sahəsi 30 kv.m və 12 kv.m. olan qamışdan ibarət 2 ədəd talvar yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Şimal Qərb Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüləri və bir nəfər sərnişini qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 23:05-də başa çatıb.

Yevlax şəhərində transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "NEPTUN" mağazasının zirzəmisində ümumi sahəsi 36 kv.m olan olan anbarın içərisində sənaye malları 6 kv.m sahədə yanıb. Anbar və 1-ci mərtəbədə yerləşən mağaza yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 m sağa nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özlərini dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:36-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1941-cı il təvəllüdlü Salmanov Qurban Ramaloviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Q.Salmanovun öldüyü müəyyən edilib. Əməliyyat saat 23:45-də başa çatıb.

Tarix
2014.06.26 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla