Hollandiyada həbsdən qaçmağı bacaran məhbuslara qarşı
heç bir cəza tətbiq edilmir. Onları yenidən həbsə də atmırlar. Bunu
onunla izah edirlər ki, əgər məhbus həbsdən qaçmağı bacarıbsa,
azadlıq onun haqqıdır. Ancaq bu heç də bütün ölkələrdə belə deyil.
Həbsə düşmək nə qədər asan olsa da, oradan qaçış hər kişinin işi
deyil. Ancaq bunu bacaranlar da var.
Axar.az həqiqət olduğuna inanmayacağınız 5 həbsdən qaçış
hekayəsini təqdim edir.
Hüquqşünas qatil
Ted Bandi adlı amerikalı qatil 30-dan çox qadını öldürdüyü üçün
3 dəfə həbs edilib və onlardan 2-də qaçmağı bacarıb. Psixi
pozuntusu olan Bandinin qətl üsulu boğmaq və başa şiddətli zərbələr
vurmaq idi.
O, 1975-ci ildə polis qadını qaçırdığı üçün həbs edilir. Ona
qarşı irəli sürülən bütün iddihamları rədd etsə də, haqqında
araşdırma aparılır. Maraqlısı odur ki, Bandi özü də vəkil idi. Bu
səbəbdən o məhkəmədə özü özünün vəkilliyini edir. Məhkəmə
prosesləri zamanı ona qarşı irəli sürülən iddialar əsasında hüquq
kitablarına baxmaq məqsədilə kitabxanaya getmək icazəsi alır. Və
buna nail olur. İstəyi qəbul edilən Bandi məhkəmə binasının ikinci
mərtəbəsində yerləşən kitabxananın pəncərəsindən tullanaraq
qaçır.
Ancaq bir həftə sonra tutulur. Bu dəfə həbs edilən qatil tək
qaldığı kamerada tunel qazır. Tunelin bir ucu türmə rəisinin evinin
həyətinə çıxır. Xoşbəxtlikdən o qaçan gecə evdə heç kəs olmur.
Bandi evə girərək rəisin paltarları vasitəsilə özünə yeni imic
yaradır və Floridaya qaçaraq cinayətlərinə davam edir. Bir çox
amerikan filmlərinin ilham qaynağı olan bu qatil bir neçə
cinayətdən sonra həbs olunur və edam edilir.
Helikopterlə qaçan "Robin
Qud"
Vasilis Palekostasu yunanların Robin Qudu da adlandırmaq olar.
O, peşəkar oğru olub, ancaq oğurladığı pullarla kasıb ailələrə
kömək edib.
Həbs edilən Vasilis adam qaçırmaq üzrə də peşəkar olduğu üçün
bir plan hazrlayır. İnandırıcı olmasa da, qardaşı kirayə bir
helikopterlə həbsxana bağçasına enir və Vasilisi qaçırır.
Gözətçilər bu super sadə qaçırma planı qarşısında heç bir şey
etmirlər. Çünki onlar helikopterlə müfəttişlərin həbsxanaya
nəzarətə gəldiklərini düşünürlər.
O, 2 il qaçaq yaşadıqdan sonra həbs edilir. Eyni həbsxanada cəza
çəkən soyğunçu bu dəfə də qaçmağı bacarır. Nə qədər gülməli olsa
da, o, bu dəfə də eyni plan üzrə qaçır. 2009-cu ildə həbsxananın
hələtinə bir helikopter enir və Vasilisi götürüb aparır. Eyni
yerdən iki dəfə eyni şəkildə qaçan soyğunçu hələ də tapılmayıb.
Qeyri-adi qaçış və adi həbs
Çarles Viktor köhnə sevgilisini öldürdüyü üçün ömürlük həbsə
məhkum edilir, ancaq o özünü günahkar hesab etmir. Və həbsdə qaçmaq
planı hazırlayır. Ailəsindən onun üçün tez-tez bahalı paltarlar
gətirməsini istəyir. Daha sonra vəkili ilə görüşür. Hücrəsində
vəkili ilə söhbət zamanı ona göndərilən ən bahalı paltarları
geyinib hücrəsinin açıq olan qapısından çıxır. Çıxışda nəzarətçilər
ondan şəxsiyyət vəsiqəsi tələb edirlər. O isə özünü itirmədən
həbsxana vəsiqəsini təqdim edir. Nəzarətçilər diqqətsiz şəkildə
vəsiqəsinə baxıb onu buraxırlar. Çünki onun əynində olduqca bahalı
və şux kostyum var idi.
Olduqca adi qaçış planı ilə həbsdən çıxmağı bacaran Viktor bunu
qeyd etmək fikrinə düşür. Həddindən artıq içib sərxoş olan Viktor
ətrafdakları narahat etməyə başlayır. Dava çıxardığı üçün polis
çağırılır və o yenidən həbs edilir.
Bu oğrunu həbsdə saxlamaq
mümkün deyil
Alfie Hinds 20-ci əsrdə çox məşhur olmuş bir ləl-cəvahirat
oğrusu olub. Günahsız olduğunu deyən Hinds 3 dəfə İngiltərənin ən
yaxşı qorunan həbsxanalarından qaçmağı bacarıb.
İlk qaçışda qaldığı kameranın açarının formasını əzbərlyib ilk
fürsətdə eynisini hazırlayır. Bununla həbsdən qaçır, amma 8 ay
sonra yenidən tutulur.
Bütün nəzarətçilərə tapşırılır ki, ona bir dəfə də açar
göstərilməsin. Bu səbəblə o məhkəməyə müraciət edir. Məhkəmə zamanı
tualetə gedir və əvvəlcədən hazırladığı qandal açarları ilə
qollarındakı qandalları açır. Ona nəzarət edənləri isə tualetə
kilidləyərək aradan çıxmağı bacarır.
Uzun illər qaçaq yaşayan Hindsin həbsə girib yenidən qaçması o
qədər təkrarlanır ki, nəticədə, o tamamilə azad edilir.
Cadugər kimi məharətli
Riçard Li soyğun zamanı bir adamı öldürdüyü və birini yaraladığı
üçün ömürlük həbs cəzası alır. Ancaq elə polis bölməsində dodaq
balzamından istifadə edərək qandalları qolundan çıxararaq qaça
bilir. Sonradan həbs edilir və cəza alır. 4 ildən sonra
havalandırma boşluğundan istifadə edərək həbsdən qaçır.
Cəmi 10 ay azadlıqda qala bilir, sonra yenidən tutularaq yüksək
səviyyədə nəzarət edilən həbsxanaya salınır. Həbsdə olarkən poçt
çantaları təmiri işi ilə məşğul olur.
2006-cı ildə çantalardan birinin içinə girir və çanta daşıyan
yük maşınına yüklənərək aradan çıxır. Bu qaçışdan sonra axtarılmağa
başlanır və bir polis məmuru tərəfindən saxlanılır. Şəxsiyyət
vəsiqəsi olmayan Riçard iki fəqli ad deyərək gözəgörünməz şəkildə
aradan çıxa bilir.
Buna sonradan bir növ cadudan istifadə edilmiş bir şey kimi
baxırlar. Həmin hadisə polis kamerasına da düşür. Dəfələrlə videonu
izləyən polislər hələ də onun necə aradan çıxmasını müəyyən edə
bilmirlər. Bu bacarəğına görə isə o, hələ də azadlıqdadır.