Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2019


Gənc oğlan bibisi tərəfindən ölümcül bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun mərkəzi hissəsində baş verib.

Məlumata görə, hadisə oğurluq üstə baş verib.

Bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maslkalı şəxsi bıçaqlayıb.

Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.

Tarix
2017.11.16 / 08:50
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda qasırğa nə vaxt başlayacaq? - Video

Hövsanda gülməli panika: Hamı çörək alır – Foto

DYP: Bu sürücülər sabah maşın sürməsin! - Xəbərdarlıq

Bakıda zəlzələ ehtimalı barədə - Rəsmi açıqlama

Nazir qurum rəhbərlərini topladı – Tapşırıq

“Azərsell”in interneti yenə itdi, şirkət isə…

SOCAR 2500-dək neftçini təxliyə etdi

Bu nazirlik də hərəkətə keçdi: Hava şəraiti...

BNA-dan sürücülərə daha bir xəbərdarlıq

Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - Nazirlik

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla