Yuxarı

Bunu hakimiyyətin oyunu adlandırdılar... - Xalq şairi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasında 17 noyabr Milli Dirçəliş günü münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə hərəkatın iştirakçıları, müxtəlif partiyaların sədrləri, fəallar iştirak edib.

Sabir Rüstəmxanlı xalqın Azadlıq meydanına toplaşdığı günü yada salaraq bildirib ki, bəzi qüvvələr həmin dövrdə xalqın meydana toplaşmağını hakimiyyətin qurduğu oyun kimi qələmə vermək istəyirdilər:

“Bu, heç də belə deyildi. Ona görə ki, ilk dəfə televiziya ilə canlı yayım vasitəsilə çıxışlar oldu və söhbətləri şəxsən özüm apardım. Bundan sonra xalq meydana daxil oldu. Hətta SSRİ hakimiyyətinin Azərbaycandakı nümayəndəliyi xalqın meydana toplanmasının qarşısını almaq istəyirdi. Lakin Azərbaycan xalqının müstəqil olmaq istəyi o qədər əzmli və möhkəm idi ki, həmin qüvvələr bunun qarşısını ala bilmədilər”.

Sabir Rüstəmxanlı çıxışında qeyd edib ki, 17 noyabr hərəkatında Tatarıstandan, Gürcüstandan, digər qonşu dövlət və respublikalardan gəlib çıxış edirdilər və gizli təşkilatların mətbu orqanları da bu hərəkatdakı prosesləri dərc edib, ölkələrinə göndərirdilər.

Tədbirdə mübahisə doğuran məqamlar da olub. ADP sədri Sərdar Cəlaloğlu fərqli yanaşması ilə yadda qalıb. O, yalnız 17 noyabrın xüsusi vurğulanmasına etiraz edərək bildirib ki, o dövrə qədər 3 dəfə xalqımız azadlıq üçün ayağa qalxıb.

Qeyd edək ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanında milli-azadlıq hərəkatı başlayıb. Məhz həmin gün Azərbaycanın müstəqilliyinin təməli kimi qiymətləndirilir.

Tarix
2017.11.17 / 16:48
Müəllif
Faiq, Nərmin
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla