Yuxarı

Nuru Əliyevin oğlu həbsdən çıxır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 gün sonra “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin həbs müddəti başa çatır və o, azadlığa çıxacaq.

Axar.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən N.Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinib. Hakim Elman İsayevin sədrlik etdiyi iclasda N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Xatırladaq ki, N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.

Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin əmrinə tabe olmayan sürücü ikinci "Saxla!" əmrindən sonra avtomobili dayandırıb.

Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur.

Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.

Tarix
2017.11.18 / 17:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT Ermənistana çağırış etdi

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla