Yuxarı

Atabəylərin sikkəsi tapıldı: üstündəki yazı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib.

Kult.az xəbər verir ki, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov metal əşyalar qəbul olunan məntəqədə bu pulları təsadüfən tapdıqlarını deyib və mis sikkələrin Atabəylər dövrünə aid olduğunu bildirib:

“Dirhəmlərin üzərində “La ilahə iləllah, Muhəmmədən rəsulallah” və 4 rəşidi xəlifənin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur”.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.

Tarix
2017.12.08 / 12:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla