Yuxarı

Bakı metrosunda intihar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda intihar

Metronun Elmlər Akademiyası stansiyasında intihara cəhd hadisəsi baş verib.

Axar.az xəbər verir ki, stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, o, qatar stansiyaya yaxınlaşmamışdan özünü relslərin üzərinə atıb. Bələdçilərin cəld işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib.

Bununla da faciənin qarşısı alınıb.

Metropolitenin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a açıqlamasında faktı təsdiqlədi.

Onun sözlərinə görə, bələdçilərin müdaxiləsi nəticəsində faciənin qarşısı alınıb: "Özünün dediyinə görə, alacağı olduğu üçün intihara cəhd edib. Şəxsin vəziyyəti normaldır. Hadisə ilə əlaqədar qatarların hərəkətində heç bir fasilə yaranmayıb. Artıq intihara cəhd edən şəxs metropoliten işçiləri tərəfindən polisə təhvil verilib".

Tarix
2014.07.08 / 14:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla