Yuxarı

“İntihar körpüsü” hələ də mühafizə olunur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “İntihar körpüsü” kimi ad çıxarmış “Koroğlu” metrosunun üstündəki yol qovşağı mühafizə polisinin nəzarətindədir.

Axar.az xəbər verir ki, körpünün uzun müddətdir fasiləsiz olaraq polis nəzarətində olması bir zamanlar sözügedən körpüdə intihar cəhdləri ilə əlaqədardır. Yayda, qışda, yağışda, istidə… mühafizə polisinin avtomobili “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün üzərində olur.

Mühafizə polisinin nəzarətindən sonra intihara cəhd edənlərin bu körpünü məkan seçməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Koroğlu” stansiyası yaxınlığındakı bu körpü dünyada ilk bu məqsədlərlə istifadə edilən körpü deyil. San-Fransisko şəhərində yerləşən Qızıl Körpü də bir zamanların məşhur “İntihar körpüsü” olub. Orta hesabla hər iki həftədən bir həmin körpüdə kimsə həyatı ilə vidalaşırmış.

Qonşu ölkə Türkiyədə də Bosfor boğazı üzərindəki körpü bir vaxtlar “İntiharlar körpüsü” kimi ad çıxarıb. Türkiyədə bunun qarşısını almaq üçün körpüdə piyadaların gedişinə qadağa qoyulub.

Tarix
2017.12.18 / 12:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla