Yuxarı

Paşayeva Qaziantepdə konfrans keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın Qaziantep Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artırılması təklifi dəstəklənib.

Axar.az xəbər verir ki, millət vəkili Qaziantep Universitetinin rektoru Əli Gür və gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasından və qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədən söz açıb.

Əli Gür Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Millət vəkili Azərbaycan universitetləri ilə Türkiyə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib:

“Qaziantep Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artması sevindirici haldır. Onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkür edirəm”.

Q.Paşayeva bildirib ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı konfransların artmasına ehtiyac var.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.

Millət vəkili Qaziantep Universitetində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra təkliflərlə çıxış edib. Deputat həmçinin Qaziantep Universitetinin müəllimləri, burada müəllimlik edən alimlərimiz və digər türk toplumlarından olan tələbələrlə də görüşüb.

Tarix
2017.12.25 / 18:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla