Yuxarı

Ədliyyə naziri vitse-prezident seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ədliyyə naziri vitse-prezident seçildi

Panamada 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) "Qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə: çağırış və imkanlar" mövzusunda 7-ci illik konfrans keçirilib. Ümumi yığıncaqda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

"Axar.az"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri, assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

105 ölkə və beynəlxalq təşkilatdan 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi forumun açılışı və ilk sessiyasına sədrlik Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.

Giriş nitqi ilə çıxış edən nazir F.Məmmədov korrupsiyanın qanunun aliliyinə neqativ təsiri, IAACA-nın mühüm rolunu və ölkəmizin qurumun fəaliyyətinə dəstəyini qeyd edib, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və yaxşı təcrübələrin mübadiləsinə dair təkliflər irəli sürüb.

Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif mövzular üzrə keçirilmiş müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, ümumi yığıncaqda təşkilatın prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə Komitəsi üzvlərinin seçkisi keçirilib. Çin Xalq Respublikasının Baş prokuroru Ç.Cianminq yenidən bu təşkilatın prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov isə vitse-prezidenti seçilib. Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair bəyannamə qəbul olunub.

Tarix
2013.11.25 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla