Yuxarı

Kiyevdə əməliyyat: Azərbaycan diasporunun üzvü azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev yanvarın 15-i azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib.

Ş.Qocayev bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında birgə müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukrayna Prezidenti Aparatına, bu ölkənin Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.

H.Abdullayevin oğlu Coşqun Səbrli isə AZƏRTAC-a açıqlamasında atasının azad olunmasında göstərdiyi köməkliyə görə, Azərbaycan hökumətinə, ölkəmizin Ukraynadakı səfirliyinə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

Tarix
2018.01.16 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla