Yuxarı

Bakıda sürücü qəpikləri yerə çırpdı: BNA işə qarışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən 67 nömrəli avtobusun sürücüsü qadın sərnişinin ona uzatdığı 1 və 5 qəpiklərdən ibarət gedişhaqqını yerə ataraq, ona sərt reaksiya göstərib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sürücünün fotosunu yayımlayan şəxs qeyd edib ki, sürücü “Bu nədir? Aptekdir? Bu nə pullardır verirsən?” deyərək qəzəblənib. Sürücü onun şəklini çəkən zaman isə deyib ki, get, kimə istəyirsən, şikayət elə.

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev qeyd edib ki, sürücü ilə bağlı müvafiq tədbir görülür:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının hüdudları çərçivəsində istənilən məhsul alışı zamanı və xidmətin müqabilində ödənişlər milli valyutamızla aparılır. Hər birimizin də borcudur ki, qanunun bu tələbinə əməl edək. Eyni zamanda hər birimizin borcudur ki, nominalından asılı olmayaraq, milli valyutamıza qarşı hörmətlə yanaşaq. Bu sürücünün etdikləri birmənalı olaraq milli pul vahidinə qarşı hörmətsizlikdir. Həmin xətt üzrə daşıyıcı da BNA-ya çağırılıb. İddia edildiyi kimi, sürücü bu cür tərbiyəsizliyə yol veribsə, mütləq daşıyıcı onunla bağlı lazımı tədbiri görəcək. Bununla yanaşı, bu faktı sosial şəbəkədə müzakirəyə çıxaranlara da təşəkkür edirik. Çünki məhz ictimai qınaq bu cür hallarla mübarizədə daha səmərəli olur”.

Tarix
2018.01.24 / 13:07
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla