Yuxarı

Deputatdan Sahil bağı ilə bağlı mühüm təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan Sahil bağı ilə bağlı mühüm təklif

Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmış və orada vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsi əbədiləşdirilməlidir.

Axar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva çıxış edib. Deputat bildirib ki, 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması və Cümhuriyyətimizin 100-cü ildönümünün yüksək səviyyədə qeyd olunması qərarı təkcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir:

“Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, müsəlman şərqində ilk parlamentli demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqı qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Orada Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Xosrov bəy Sultanov, Nağı bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov, Hüseynqulu bəy Xoyski, Behbud Xan Cavanşir, Məhməd Sadıq Aran, Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra Cümhuriyyət qurucumuz yatır. Amma onların yatdığı qəbirstanlıqların girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Cümhuriyyətimizlə bağlı cənab prezidentin imzaladığı sənədlər var və bunlar çox önəmlidir. Cənab Prezidentimizin diqqəti, hörmətli Mehriban xanımın rəhbərliyi ilə Fransada Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli, Tiflisdə Həsən bəy Ağayev və Fətəli Xan Xoyski kimi Cümhuriyyət qurucularımızın qəbirüstü abidəsini yüksək səviyyədə düzəldildi və oraya gedən insanlarımız onları ziyarət edir”.

Millət vəkili Türkiyədə məzarı olan Cümhuriyyət qurucuları və fəallarının da qəbirüstü abidələrinin yüksək səviyyədə düzəldilməsini vacib sayıb.

Q.Paşayeva həmçinin keçmiş “26-lar”, indiki Sahil bağının Cümhuriyyət dövrü ilə bağlılığını nəzərə alaraq, həmin bağın “Cümhuriyyət bağı” adlandırılmasını təklif edib.

Tarix
2018.02.01 / 16:57
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla