Yuxarı

MM sədri türkiyəli nazirlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri, xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-dən Axar.az-a verilən məlumata görə, O. Əsədov xanım nazirin ilk səfərini Azərbaycana etməsindən və nümayəndə heyətinin tərkibində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın olmasından məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, qarşılıqlı yüksək səviyyəli səfərlər, xüsusilə də dövlət başçılarının səmimi və yaxın münasibətləri ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır: “Bu günə qədər ölkələrimiz arasında 213 sənəd imzalanıb, 30-a yaxın sənədə isə baxılmaq üzrədir”.

Sədr Milli Məclisin Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan addımları həmişə dəstəklədiyini, gələcəkdə də bu sahəni diqqət mərkəzində saxlayacağını vurğulayıb.

Jülide Sarıeroğlu isə bildirib ki, nazir kimi onun Azərbaycana ilk səfəri müvafiq qurumlar arasında əlaqələrin inkişafı baxımından çox önəmlidir. Qonaq iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, Türkiyə hökuməti Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək əzmindədir.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Böyük Millət Məclisinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2018.02.01 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla