Yuxarı

Qaz oğurluğu: “Azəriqaz” məşhur broyleri suçlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaz oğurluğu: “Azəriqaz” məşhur broyleri suçlayır

Son günlər Lerik Broyler MMC-nin adı iki qalmaqallı məsələdə hallanır.

Axar.az xəbər verir ki, Azərbaycanın ən iri quşçuluq müəssisələrindən biri olan Lerik Broyler MMC-nin eyni vaxtda iki dövlət qurumu ilə problem yaşaması maraq doğurub.

Məlumata görə, broyler şirkəti Azərişıq ASC-ni məhkəməyə verib. Foodinfo.az saytının yaydığı məlumata əsasən, şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə qətnaməni qismən ləğv edib. Hazırda MMC ilə ASC arasındakı işə Ali Məhkəmədə baxılır.

“Lerik Broyler”lə bağlı yaranmış digər problemi isə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib. Hüquq müdafiəçisinin sözlərinə görə, araşdırmalar zamanı Lənkəran Regional Qaz İstismari İdarəsinin Lerik sahəsi üzrə qəbul olunan qazın satılan qazdan artıq olması məlum olub. Yaranan itkiyə səbəb kimi Lerikdə fəaliyyət göstərən “Lerik Broyler”in sayğacsız, oğurluq qazdan istifadə etməsi göstərilib.

Hər iki məsələ ilə əlaqədar “Lerik Briyler”in mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı.

Qeyd edək ki, Lerik Broyler MMC Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir. Onun məhsulları “Lebro” brendi ilə satışa çıxarılır. İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş ofisi Bakı şəhərindədir.

Tarix
2018.02.03 / 17:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla