Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


Erməni vəhşiliyi basdırılır: Şüşə örtük niyə qurulmadı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Quba Soyqırım Məzarlığının şüşə örtük altında saxlanılması təklifi Prezident tərəfindən də bəyənilməsinə baxmayaraq, artıq açıq havada qalan məzarlar torpağa basdırılır.

Axar.az xəbər verir ki, prosesə artıq bir müddətdir start verilib və sümüklərin bir qismi dəfn edilib. Lakin baş verdiyi tarixdən neçə onil sonra təsadüfən aşkarlanan Quba soyqırım qalıqlarının yenidən torpağa gömülməsi birmənalı qarşılanmır.

İlk etirazı da Quba məzarlığının tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev etmişdi. Tarixçinin etirazına səbəb 2007-ci ildə təsadüfi şəkildə aşkarlanaraq dünyaya Quba soyqırımının əyani sübutu kimi təqdim edilən bu məzarlığın yenidən torpağa basdırılması nəticəsində “danışan tarixin” görünməz olmasıdır. Tarixçi hesab edir ki, bu, Qubaya xüsusilə ermənilərin bu vəhşiliyini görmək üçün gələn turistlərin zamanla azalmasına, bu hadisənin unudulmasına səbəb olacaq.

Qeyd edək ki, ötən il Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov da sümüklərin germetik şüşə altında saxlanılmasının tariximizin təbliği üçün xüsusi əhəmiyyət daşıdığını bildirmiş, bu işdə lazımı dəstəyi göstərməyə hazır olduğunu qeyd etmişdi.

Maraqlıdır ki, Quba soyqırım məzarlığının şüşə örtük altında saxlanılması təklifi edildikdən sonra Mədəniyyət və Turiz Nazirliyinin Bərpaçılıq İnstitutu məzarlığın germetik şüşə altında saxlanılması və Memorial komplekslə məzarlıq arasındakı boşluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlamışdı. Lakin həmin layihənin hansı səbəbdən reallaşdırılmadığı məlum deyil.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən etdiyimiz müraciətin olduqca əhəmiyyətli olduğunu nəzərə alaraq, araşdırma aparıldıqdan sonra cavab veriləcəyini bildirdilər.

Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli isə Axar.az-a açıqlamasında bildirib ki, məzarlıqda cəsədlər torpağa tapşırılarkən erməni vəhşiliyini göstərmək üçün bəzi sümüklər açıq saxlanılıb. İ.Həbibbəyli hesab edir ki, sümüklərin basdırılması ən düzgün yoldur:

“Erməni vəhşiliyini, tariximizi gənclərə əyani göstərmək üçün bəzi sümüklər açıq saxlanılacaq”.

Tarix
2018.02.14 / 15:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Elkaponi Bakıda şərəf davasına başladı: 100 min istəyir

"Nar" sosial şəbəkələrdə - Operativ xidmət

Minlərlə ailəyə şad xəbər: 50 min mənzil...

Prezident onminlərlə ailəni sevindirdi - Deputat

Diqqət: Bakının bu yollarında tıxac var

200 məcburi köçkün ailəsinə ev verildi - Foto

AFFA bu klubu cərimələdi

Nazirlik Hökumət Evinə 298 min manat ödəyəcək

DGK-dan Britaniya qurumu ilə birgə bəyanat

Prezidentdən inqilabi qərar: On minlərlə ailə sevinəcək

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla