Yuxarı

Ağır qəza törədən şəxs rəisin köməkçisi imiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 16:30 radələrində Şəki ərazisində ailəsilə ağır qəzaya düşən Bakı sakini Samir Əmrahovla bağlı maraqlı məqam ortaya çıxıb.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edilən bu şəxs rəisin köməkçisi imiş. Bildirilir ki, S.Əmrahov Şöbə rəisi Fəqan Azadəliyevin "sağ əli" kimi tanınır.

Yəqin, ona görə ki, rəis hansı rayona vəzifəyə təyin olunursa, S.Əmrahov da onunla bərabər həmin rayonda işə başlayır.

Belə ki, Fəqan Azadəliyev Yardımlı Rayon Polis Şöbəsinin rəisi, ondan əvvəl Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi olarkən də S.Əmrahov onun köməkçisi olub.

Qeyd edək ki, edək ki, qəza nəticəsində polisin ailə üzvlərində üçü xəarət alıb, biri isə dünyasını dəyişib. Hadisə Şəki-Qax yolunun 31-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. S.Əmrahovun idarə etdiyi 90-AP-809 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı işıq dirəyinə çırparaq aşırıb. Nəticədə sürücü, onun həyat yoldaşı Əmrahova Asudə Əzim qızı və onların qızı Əmrahova Zümrüd Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların digər qızı 2006-cı təvəllüdlü Əmrahova Suada Samir qızı isə elə hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş həkim briqadası ilə dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumatlara görə, hadisənin baş verməsinə səbəb avtomobilin təkərinin partlaması olub.

AzNews.az

Tarix
2014.07.29 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla