Yuxarı

Hakim dələduz müstəntiqin şikayətini təmin etmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Müşfiq Abbasovun şikayəti təmin edilməyib.

İttihama görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov ötən il dələduzluqda təqsirli bilinərək həbs edilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Müşfiq Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Səbail rayon Məhkəməsinin hökmü ilə Müşfiq Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, ona şərti cəza verilib.

Hökmdən narazı qalan Müşfiq Abbasov apelyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Tarix
2018.02.22 / 12:05
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla