Son aylarda Azərbaycanda ayrı-ayrı dini təriqətlərin və
marjinal dini qrupların güclənməsi ilə bağlı bir sıra məlumatlar
yayılıb.
Azərbaycanlıların Suriyadan, İraqdan ölüm xəbərlərinin gəlməsi
ilə həmin ölkələrdə döyüşməyə gedən həmyerlilərimizin ümumi sayını
təsəvvür etmək mümkündür. Hesablamalara görə, 300-dən çox
azərbaycanlı həmin ölkələrə döyüşməyə gedib. Azərbaycanda mövcud
olan və Səudiyyə Ərəbistanı təmayüllü olması ilə seçilən bu dini
cərəyan nümayəndələri özlərini sələfi, xəvaric və s. adlara bölsə
də, onların ümumi adı olan vəhhabilik daha çox işləkdir.
Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsinə nələr
daxildir?
Vəhhabilərin hazırda ölkə xaricindən maliyyələşməsi ilə bağlı
iddialar səslənsə də, bunları sübut edəcək fakt yoxdur. Ancaq bu
dəqiqdir ki, adı çəkilən cərəyanın ölkəmizdə ciddi biznes şəbəkəsi
var. 8-ci km qəsəbəsindəki avtomobil servislərinin və xırda
obyektlərin bir çoxunun məhz vəhhabilərə məxsus olması çoxlarına
məlumdur.
İtaliyanın məşhur oboy şirkəti olan "Zambaiti"nin də bu cərəyana
məxsus olması onların ölkəmizdəki iqtisadi gücünü artırır. Təsadüfi
deyil ki, özlərinə sələfi deyən bu dini kəsimin içərisində normal
imkanı olan şəxslər "Zambaiti"dən alış-veriş edir. Adlıçəkilən
şirkət İtaliya brendi olsa da, onun məhsullarının Avropadan deyil,
məhz Dubay şəhərindən gətirilməsi də məsələnin agah olmasına yardım
edir.
Vəhhabilərin ölkəmizdəki biznes şəbəkəsi içərisində özünəməxsus
yer tutan obyektlərin ən çoxu Binə və Sədərək Ticarət Mərkəzlərində
yerləşir.
Orta və ortadan bir qədər yüksək biznes obyektlərinin olduğu bu
ticarət mərkəzlərində vəhhabilər ticarət mərkəzi daxilində də
şəbəkə yaradıblar.
Bir vəhhabi böyük ayaqqabı dükanı işlədirsə, onun yanına kostyum
almağa gələn müştərini "qardaşların" dükanına göndərmək bir qayda
halını alıb. Araşdırmalarımıza görə, adıçəkilən ticarət
mərkəzlərində 400-dən çox obyekt vəhhabilərə məxsusdur və onların
hər birinin orta aylıq gəliri 2500-3000 manatdan yüksəkdir.
Araşdırmalarımız davam edəcək.