Yuxarı

Seyid Lazım ağanın adından istifadə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seyid Lazım ağanın adından istifadə edildi

İsmayıl Əliyev: "Cinayət törətmiş şəxs Seyid Lazım ağanın nəvəsi deyil"

Xəbər verildiyi kimi, insan alverində ittiham edilərək həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan mərhum edilən Qafur Bağırov məhkəmə istintaqı zamanı deyib ki, Qarabağın tanınmış Seyid ocaqlarından olan Seyid Lazım ağanın nəvəsidir.

Bu məlumat mətbuatda yayılandan sonra Seyid Lazım ağanın həqiqi nəvəsi İsmayıl Əliyev və Bağırovlar nəslinin bir qrup nümayəndəsi bizimlə əlaqə saxlayaraq bildirdilər ki, əslində Q.Bağırov yalan danışıb, o, nəinki ağanın nəvəsi, heç qohumu da deyil. İsmayıl Əliyev: "Qafur Bağırov Seyid lazım ağanın nəvəsi deyil. Ümumiyyətlə onun bizim ailə ilə heç bir qohumluq əlaqəsi yoxdur. Bu ağ yalandır. Görünür, Qafur Bağırov məhkəmədə öz cəzasını yüngülləşdirmək məqsədi ilə Azərbaycanda böyük nüfuz sahibi olan mərhum Ağamızın adından istifadə etmək istəyib. Neçə gündür həm Seyid Lazım ağa ailəsi, Qarabağ camaatı, həm də inanclı insanlar narahatdırlar. Ümid edirəm ki, mətbuat işçiləri, ələlxüsus da internet mediası bizim mövqeyimizi nəzərə alacaq."

Məsələ ilə bağlı Q.Bağırovun yaxınları da narahatdır. Elçin, Nicat, Ziya Bağırovlar da bizimlə əlaqə saxlayıb yayılan məlumatın yalan olduğunu və bundan çox narahat olduqlarını deyiblər: "Biz Seyid Lazım ağanı, onun ocağının nümayəndələrini yaxşı tanıyırıq. Həm Ağaya, həm də onun nəslinə böyük hörmət və sayğımız var. Bizim onlarla heç bir qohumluq əlaqəmiz yoxdur. Baş verən hadisədən təəssüflənirik".

Musavat.com

Tarix
2014.08.02 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla