Yuxarı

Daha bir QHT Azay Quliyevə dəstək verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir QHT Azay Quliyevə dəstək verdi

Azərbaycan-Ermənistan sərhəddi və qoşunların təmas xətti boyunca baş verən atəşkəs pozuntusu ilə bağlı Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, bütün beynəlxalq hüquq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə imkan verir:

"Beyənlxalq təşkilatların birbaşa vəzifə borcudur ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə dəstək versinlər. Bu həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin - Ermənistan qoşunlarının qeyri-şərtsiz Azərbaycan torpaqlarının geri qaytarılmasının təminatı olar. Beynəlxalq təşkilatlar Ukrayna hadisələrində Rusiyaya qarşı tutduğu siyasi mövqeyi bu gün Ermənistana qarşı da tutmalıdır və Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. İki gün ərzində Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində Azərbaycanın 13 əsgəri şəhid olub. Günahsız yerə Azərbaycan vətəndaşları qətlə yetirilib. Təəssüf ki, beynəlxalq təşkilatlardan açıq mətnlə qeyd olunan bəyanat eşitmirik. Bu münaqışənin həllində iştirak edən ATƏT Minsk Qrupu qəti mövqe ortaya qoymalı, Ermənistanın tərəfini tutmamalı və üzərinə düşən vəzifəni layinqincə yerinə yetirməlidir. Bu, kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir. Biz QHT olaraq, beynəlxalq təşkilatları, xaricdə fəaliyyət göstərən həmkarlarımızı Ermənistanın son günlərdə həyata keçirdiyi məqsədli və davamlı hücumlarını, atəşkəs rejimini kobud pozması faktını pisləməyə, Azərbaycanın günahsız vətəndaşlarının qətlə yetirilməsi, girov götürülməsi, təxribat-diversiya hərəkətlərinə son qoymağa, qəti şəkildə pisləyən bəyanat verməyə çağırırırq. Ermənistanın son hərəkətləri sülhə, beynəlxalq təhlükəsizliyə hədədir. İşğalçı ordu, işğalçşı dövlət cəza almayınca, iştahası daha da artır! Biz bunun Ukrayna hadisələrində də şahid olduq. Səsimizə səs verin".

Xatırladaq ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu yöndə bəyanat yayaraq, qeyri-hökumət təşkilatlarını da reaksiya verməyə dəvət etmişdi.

Tarix
2014.08.04 / 03:20
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla