Yuxarı

Ən ucuz və ən bahalı ali məktəblərimiz – Araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir deyim var: ən gözəl zövq, elmdən alınan zövqdür. Bəs, görəsən, bizim ali məktəbdə təhsil alan tələbələrimiz ən gözəl zövqdən faydalanmaq üçün nə qədər təhsil haqqı ödəyirlər?

"Axar.az" olaraq ölkədə fəaliyyət göstərən ali məktəblərin ən ucuz və ən bahalı olanı ilə maraqlandıq.

Ən bahalı və ən ucuz qiymətə təhsil verən ali məktəb hansılardır?

Qeyd edək ki, qiymətlər fakültə və universitetlərə görə fərqlənir. Ölkədə fəaliyyət göstərən universitetlərin ən bahalı olanı Qafqaz Universitetidir. Burada ən yüksək ödəmə 4500 manatdır. Ən bahalı universitetlər sırasında "İctimai Siyasi Universitet", "Kooperasiya", "Turizm", "Asiya" "Avrasiya", "Odlar Yurdu","Qərb" və "Xəzər" universitetləri də yer alır. Qeyd edək ki, "Odlar Yurdu" universitetində minimum, orta və maksimum təhsil haqlarının miqdarında heç bir fərq yoxdur. Hər biri standart olaraq 3000 manat təşkil edir. "Qərb" universitetində də qiymətlər "Qafqaz" universiteti ilə müqayisədə heç də fərqli deyil. Burada da maksimum qiymət 3860 manatdır.

Özəl universitetlərdən fərqli olaraq bəzi dövlət universitetlərindəki qiymətlər də elə fərqli deyil. Belə ki, Azərbaycan Diplomatik Akademiyası ən bahalı təhsil ocaqlarındandır. Burada ən bahalı fakültə 3500 manatdır.

Bakı Dövlət Universiteti və Tibb Universiteti də bahalı universitetlərdən hesab edilir. Hər iki universitetdə ən bahalı fakültənin təhsil haqqı 3000 manatdır.

Bəs ən ucuz təhsil haqqı təklif edən universitetlər hansılardır?

Ən ucuz qiymət təklif edən universitetlər sırasında lider Milli Aviasiya Akademiyasıdır. Akademiyada təhsil 600 manata təklif edilir. Artım tendensiyası ilə ucuz universitetlər bunlardır: "Aqrar", "Azərbaycan Bədən Tərbiyyəsi və İdman akademiyası", "Müəllimlər Universiteti" və "Azərbaycan Texnologiya" universiteti. Sadalanan universitetlərin hər birində ən ucuz təhsil haqqı 900 manatdır.

Tarix
2013.11.26 / 22:16
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla