Yuxarı

Zakir Fərəcov şəhid ailələrini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov şəhid ailələrini ziyarət etdi

Sumqayıt şəhərində şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onların sosial-məişət qayğılarının öyrənilməsi və qaldırdıqları məsələlərin həllinə köməklik göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların müraciət və təklifləri dinlənilir.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, eləcə də şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Görüşlər zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısındakı misilsiz xidmətlərindən danışılıb, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

Bildirilib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin təməlində qəhrəman hərbçilərimizin igidliyi, şücaəti və canı bahasına göstərdiyi fədakarlıq dayanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin uca tutulması, onların ailələrinin qayğı ilə əhatə olunması hər birimizin mənəvi borcudur.

Görüşlərdə qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə miqyasında həyata keçirilən bu siyasətə uyğun olaraq Sumqayıt şəhərində də şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, onların sosial-məişət məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Vurğulanıb ki, şəhidlərimizin xatirəsinə ehtiram yalnız əlamətdar və tarixi günlərlə məhdudlaşmır. Şəhid ailələri ilə mütəmadi görüşlərin keçirilməsi, onların qayğılarının öyrənilməsi və gündəlik həyatlarında qarşılaşdıqları məsələlərə həssas münasibət göstərilməsi Sumqayıt şəhərində davamlı xarakter daşıyır.

Söhbətlər zamanı 27 Sentyabr – Anım Gününün xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğu da qeyd edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə nəticələnib. Qazanılan Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticələr əldə olunub. Bu Zəfəri xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin xatirəsi daim böyük ehtiram və minnətdarlıqla yad edilir.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlət tərəfindən daim dəstək gördüklərini bildiriblər.

Tarix
2026.09.26 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla