Yuxarı

İran hava qadağasına görə hərbi qarşılıq verəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran hava qadağasına görə hərbi qarşılıq verəcək?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyi hava nəqliyyatı ilə bağlı bəzi məlumatlarla əlaqədar açıqlama yayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, açıqlamada İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin hava nəqliyyatı ilə bağlı çıxışının həqiqətə uyğun olmayan formada şərh edilməsi və sitatların yayılmasının müxtəlif sual və qeyri-müəyyənliklərə səbəb olduğu bildirilib.

Katibliyin açıqlamasında İranın son hava məhdudiyyətlərinə cavab olaraq hərbi qarşılıq verəcəyi barədə iddianın təkzib edildiyi qeyd olunub.

Bildirilib ki, İranla müvafiq ölkələr arasında yaradılmış bəzi qanunsuz hava məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində danışıqlar ciddi şəkildə davam etdirilir və məsələ diqqətdə saxlanılır.

Vurğulanıb ki, qarşılıq verməyin bir sıra qeyri-hərbi yolları mövcuddur və zərurət yaranacağı təqdirdə bu üsullar bəzi hava limanlarına tətbiq ediləcək.

“Ümid edirik ki, məsələ bu mərhələyə gəlib çatmayacaq”, - deyə açıqlamada xatırladılıb.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanı son uçuş vəziyyəti ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hazırda BƏƏ, İraq və Gürcüstan reysləri də daxil olmaqla, ləğv edilmiş uçuşlardan başqa, xarici ölkələr tərəfindən yeni uçuş ləğvi ilə bağlı hər hansı məlumat verilməyib. Açıqlamada qeyd olunub ki, hazırda İrandan Türkiyə, Çin, Malayziya, Vyetnam, Əfqanıstan və Pakistana uçuşlar həyata keçirilir.

Həmçinin bildirilib ki, İran Mülki Aviasiya Təşkilatının rəsmiləri bağlanmış uçuş marşrutlarının yenidən açılması istiqamətində danışıqlar aparır.

Tarix
2026.09.26 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla