Yuxarı

Arif Yunusov həbs edildi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Yunusov həbs edildi – Rəsmi

Arif Yunusov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs-qətimkan tədbiri seçilib.

Bu haqda Axar.az-ın elektron poçtuna Baş Prokurorluqdan daxil olan açıqlamada bildirilir.

Prokurorluğun açıqlamasında deyilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Arif Yunusov səhhəti ilə əlaqədar müalicə müəssisələrinə müraciət etməsi nəzərə alınaraq 30 iyul 2014-cü il tarixdə barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib:

"Lakin bütün bunlara baxmayaraq A.Yunusov həmin tarixdən etibarən qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib. O, qətimkan tədbirinin icrasını həyata keçirən polis orqanı tərəfindən A.Yunusovun yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk edib, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşüb. İnternet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verib, polisin müvafiq əməkdaşı dəfələrlə onun yaşadığı mənzilə gəldikdə evdə olmayıb. Eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməyib.

Göstərilənlərin əsasında əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilərək A.Yunusovun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.08.05 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla