Yuxarı

Birinci vitse-prezidentin bu çağırışı… - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva və “Aprel 2016” təşkilatı Novruz bayramını Aprel şəhidlərinin ailəsi ilə qarşılayıb.

Axar.az xəbər verir ki, İçərişəhərdə keçirilən bayram tədbirində millət vəkili Aprel zəfərinin ölkəmiz üçün önəmindən danışıb.

Q.Paşayeva gələcək nəslin Aprel qəhrəmanlarını tanıması üçün yeni yaradılan “Aprel 2016 Şəhid ailələrinə dəstək” İB təşkilatının təsisçilərini təbrik edib və onlara uğurlar diləyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın işğaldan azad olunacağı gün uzaqda deyil:

“İnşallah növbəti bayramlarımızı Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğı çağırışı o deməkdir ki, sizlər bütün Azərbaycan üçün çox dəyərlisiniz”.

Təşkilatın həmtəsisçisiləri şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə və tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək şəhid ailələrini hər zaman diqqətdə saxlayacaqlarını bildiriblər.

Tarix
2018.03.19 / 16:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla