Yuxarı

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və gürcü xalqları tarixən dost və qardaş olublar. Sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birlərinə arxa və dayaq olublar.

Report xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Novruz Bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb.

Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.

Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır: "Biz bir ölkənin uşaqlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar. Sevincli və kədərli günlərdə bir-birlərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir".

Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirərək deyib: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır".

Tarix
2018.03.21 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla