Yuxarı

Onlar MŞ-nın adından sui-istifadə edir – Amaşov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar MŞ-nın adından sui-istifadə edir – Amaşov

Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb.

Axar.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, bir müddət öncə guya MŞ-yə məxsus olduğu iddia olunann jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə ediblər.

“Həmin vəsiqələr tərəfimizdən Feysbuk sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və MŞ-nin adından saxtakarlıq edən şəxslər saxlanıldı. Bu gün burada belə bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də “fəaliyyətdədir”. Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar.

Bu, öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı “dövriyyəyə buraxanlardan” müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”– deyə, Ə. Amaşov sözlərinə əlavə edib.

Tarix
2018.04.02 / 17:16
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla