Yuxarı

Azərbaycanın qadın hərbçiləri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qadın hərbçiləri - Foto

Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlının sözlərinə görə, qadınlar Silahlı Qüvvələrdə müxtəlif - tədris, tibb, kadr, kargüzarlıq, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, rabitə, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər: "Hazırda Silahlı Qüvvələrdə "baş leytenant", "kapitan", "mayor", "polkovnik-leytenant" və "polkovnik" zabit hərbi rütbələrinə kimi yüksələ bilən qadın hərbi qulluqçular xidmət edir".

Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.

Trend-in cəbhə xəttinə ezam olunmuş əməkdaşına cəbhə bölgəsində xidmət edən qadın hərbçilərimizdən biri deyib ki, qadın hərbçilərimiz təkcə arxa cəbhədəki xidməti ilə kifayətlənmək istəmir, ön xətdə, düşmənlə döyüşə can atırlar.

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

- əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Tarix
2014.08.12 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla