Yuxarı

Dünyaya gəlmək istəyənlərin sayı azalıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ölkədə dünyaya gələn uşaqların sayında azalma müşahidə olunur. Xüsusən də ilin yanvar-mart ayları özünü daha da birüzə verən bu azalma ölkə vətəndaşlarının sayının azala biləcəyindən xəbər verir. Aprelin birinədək olan statistikaya əsasən artım ötən illə müqayisədə 19.0 göstəricidən, 18.1-ə enib.

Nəsilartırma əmsalı aşağı düşüb

Ölkədə nəsilartırma əmsalı aşağı düşüb. Sirr deyil ki, hazırda əksər ailələr 2 uşaqlıdır. Buna səbəb kimi sosial çətinliklər, mənzil problem kimi maddi qayğılar göstərilir. Valideynlər düşünürlər ki, az uşağın olması onları bəzi problemlərdən xilas edir. Həmçinin valideynlər azuşaqlı ailələrdə uşaqların daha bilikli, sağlam böyüyə biləcəyini düşünür.

Hazırda çoxuşaqlı ailə anlayışı prinsipi tamamilə dəyişilib. Belə ki, 18-20 il əvvəl 8-12 uşaqlı ailələr çoxuşaqlı sayılırdılarsa, indi bu rəqəm 4-5 ilə əvəz olub.

İqtisadçı ekspert Vüqar Bayramlı "Axar.az"a açıqlamasında bildirdi ki, ölkədə uşaqların sayı ailənin maddi vəziyyətindən asılıdır: "Ailələr düşünürlər ki, uşaqları nə qədər az olsa, onları daha yaxşı təmin edə bilərlər. Ölkədə yeni uşaq dünyaya gətirmək özü də müəyyən qədər vəsait tələb edir. Apardığımız araşdırmalardan müəyyən etmişik ki, bir uşağın dünyaya gəlməsi üçün minumum 1000 manat vəsait lazım olur. Baxmayaraq ki, Azərbaycanda səhiyyə xərcləri dövlət tərəfindən ödənilir. Üstəlik, digər ərzaq məhsulları ilə müqayisədə, uşaq yeməkləri daha bahalıdır. Ailələrdə uşaqların sayının az olması, birbaşa xərclərin çox olması ilə əlaqədardır. Bu da ailələrdə uşaqlarının sayının az olmasına səbəb olur".

Dövlət dəstəyi olmasa...

Ailə Uşaq Mərkəzinin rəhbəri Kəmalə Baxış "Axar.az"a açıqlamasında bildirdi ki, hazırda azuşaqlılıq ölkənin siyasəti ilə bağlıdır: "İndiki ailələrin başçıları 80-ci illərin gəncləridir. Ümumiyyəylə, indiki gənc ailələr övladlarını tam yetişdirə bilməməkdən ehtiyat edirlər. Bəzi çətinliklər var ki, onlara yalnız iki uşaqla cavab vermək mümkündür. Hazırda əksər ailələr nəinki iki, hətta bir uşaqdan belə imtina edirlər. Buna səbəb sosial ehtiyacların artmasıdır. Hökumət gənc ailələrə müəyyən şərait yaratmaq üçün mütləq tədbirlər görməlidir. Hazırda bu, ciddi problem deyil, amma 20-25 il sonra genefondumuzun azalması ciddi hiss olunacaq".

Psixoloqlar isə məsələyə fərqli yanaşırlar. Bildirirlər ki, bəzən azuşaqlılıq heç də maddi sıxıntı ilə əlaqəli olmur. Çox zaman gənc xanımlar fizioloji quruluşlarını pozmamaları üçün bu yola üstünlük verirlər.

Doğulanların sayında gender bərabərsizliyi

İndi yeni doğulanların sayında azalma xüsusilə qız uşaqlarında müşahidə olunur. Hazırda nisbət 52%-in 48%-ə olmaqla, oğlan uşaqlarının xeyirinədir.

Qeyd edək ki, ölkədə əhalinin 22.3% 14 yaşınadək olanlar, 71.9%-i 15-64 yaş arası olanlar, 5.8%-i isə 65 və 65 yaşdan yuxarı olan şəxslərdir.

Tarix
2013.10.12 / 15:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla