Yuxarı

Sərnişinlər stansiyada düşə bilmədi – Metroda olay

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarda problem yaranıb.

Axar.az xəbər verir ki, qatarın vaqonlarından birinin qapısı “Xalqlar dostluğu” stansiyasında açılmayıb. Ləngimənin qarşısını almaq üçün metro işçiləri qatarın növbəti stansiyaya getməsi qərarı veriblər və beləliklə, sərnişinlər vaqondan düşə bilməyib. “Neftçilər” stansiyasında isə bir neçə dəqiqə qapıların açılmasına çalışılıb və sərnişinlər tam boşaldılıb, qatar isə xətdən çıxarılıb. Bu ərəfədə isə metroda böyük sıxlıq yaşanıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayevin sözlərinə görə, vaqonun qapısı ilə bağlı problem “Xalqlar dostluğu” stansiyasında yaranıb və metro işçiləri dərhal müdaxilə etməyə çalışıblar.

“Nasaz qatar xətdən çıxarıldı, sıxlığı aradan qaldırmaq üçün “Neftçilər” stansiyada yeni qatar xəttə buraxıldı. Sıxlıq qısamüddətli oldu. Hazırda metroda qatarların hərəkətində heç bir problem yoxdur”.

Tarix
2018.04.24 / 09:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla