Yuxarı

Bakıya yeni avtobuslar gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişin daşımalarını yüksək səviyyədə təmin etmək üçün cari ilin payızında Bakıya bir neçə yüz sərnişin avtobusu gətiriləcək.

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov paytaxtın avtobus parkının yenilənməsi zərurəti haqqında suala cavab verərkən deyib.

Onun sözlərinə görə, yeni avtobuslar gətirildikdən sonra texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrini əvəzləmək imkanı olacaq.

N.Həsənov qeyd edib ki, avtobus parkının yenilənməsi üzrə işlər davam edir və artıq payızda bir neçə yüz avtobusun gətiriləcəyi gözlənilir: "Onlar texniki baxımdan qənaətbəxş vəziyyətdə olmayan avtobuslarla əvəz ediləcəklər".

Qeyd edək ki, hazırda Bakıda 2 mindən çox avtobus fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycana təqribən 8 milyon manat dəyərində 167 avtobus idxal edilib.

Tarix
2014.08.18 / 08:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla